Bayden NATO sammitində Zelenski ilə görüşəcək


ABŞ Prezidenti Co Bayden Vaşinqtonda Şimali Atlantika Alyansı (NATO) sammitində Ukrayna Prezidenti Volodimir Zelenski və Kiyevlə ikitərəfli sazişlər imzalayan digər ölkələrin liderləri ilə kollektiv görüş keçirəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə iyulun 9-11-də keçiriləcək alyans sammitinə həsr olunmuş xüsusi onlayn brifinqdə ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.
“Sammit çərçivəsində Prezident Bayden Prezident Zelenski və Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişləri imzalayan təxminən 20 müttəfiqimiz və tərəfdaşımızla görüş keçirəcək”, - ABŞ rəsmisi bildirib.

DİGƏR XƏBƏRLƏR

Top