Ermənistan və ABŞ birgə hərbi təlim keçirəcək


İyulun 15-dən 24-dək Ermənistanda Ermənistan və Amerika hərbçilərinin iştirakı ilə “Eagle Partner” təlimi keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edəcək”, - məlumatda qeyd edilib.
Təlimin məqsədi sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin koordinasiya səviyyəsinin yüksəldilməsi, idarəetmə və taktiki rabitə sahəsində qabaqcıl təcrübənin mübadiləsi, o cümlədən erməni bölməsinin döyüş hazırlığının artırılmasıdır.

DİGƏR XƏBƏRLƏR

Top