Starmer Britaniyanın yeni Nazirlər Kabinetini təqdim etdi


Böyük Britaniyanın Baş naziri Kir Starmer Leyboristlər Partiyasının parlament seçkilərində qalib gəlməsindən sonra yeni kabineti təyin edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dauninq-strit 10 ofisindən nəlumat verilib.
Belə ki, xarici işlər naziri postu Devid Lemmiyə keçib. Müdafiə naziri postunu Con Hili tutub. Reyçel Rivs maliyyə naziri postuna təyin edilib. İvet Kuper isə Daxili İşlər Nazirliyinin rəhbəri olub. Lord kansler və ədliyyə naziri postu Şabana Mahmuda həvalə edilib. Səhiyyə və Sosial Məsələlər naziri Ues Stritinq, Əmək və Təqaüdlər naziri Liz Kendall, Biznes və Ticarət naziri Conatan Reynolds, Təhsil naziri Bricet Fillipson, Nəqliyyat naziri Luiz Heyq təyin olunub.
Ətraf Mühit, Ərzaq və Kənd Təsərrüfatı naziri vəzifəsini Stiv Rid, Rəqəmsal Texnologiya, Mədəniyyət, Media və İdman naziri vəzifəsini Liza Nendi, Elm, İnnovasiya və Texnologiya naziri vəzifəsini isə Piter Kayl tutub.
Bununla da Reyçl Rivz Britaniyanın ilk qadın maliyyə naziri olub.
Nazir olan siyasətçilərin böyük əksəriyyəti son illərdə partiyanın kölgə kabinetinin (indiki hakimiyyətin analoqu, amma müxalifət partiyası) üzvü olub.
Qeyd edək ki, Starmer iyulun 4-də keçirilən parlament seçkilərindən sonra hökumətin başçısı vəzifəsinə keçib. İlkin məlumatlara görə, onun rəhbərliyi altında Leyboristlər Partiyası yeni hökumətin formalaşdırılması üçün lazım olan səs çoxluğu əldə edərək, 650 yerlik İcmalar Palatasında ən azı 412 yeri təmin edib. 2010-cu ildən hakimiyyətdə olan Mühafizəkarlar Partiyasının hazırda cəmi 121 mandatı var.

DİGƏR XƏBƏRLƏR

Top