“Ümid edirəm ki, Ukrayna 2034-cü ilə qədər NATO üzvü olacaq” – Stoltenberq


“Ümid edirəm ki, Ukrayna 2034-cü ilə qədər Şimali Atlantika Alyansının üzvü olacaq”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə NATO-nun səlahiyyət müddəti başa çatan baş katibi Yens Stoltenberq DPA-ya müsahibəsində alyansın tərkibinin 2034-cü ilə qədər necə dəyişə biləcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
“Mən həqiqətən ümid edirəm ki, Ukrayna bu vaxta qədər müttəfiq olacaq və mən bununla NATO-da işləyərkən məşğul olmuşam”, - Stoltenberq deyib.
Stoltenberq qeyd edib ki, digər ölkələr də NATO-ya üzv olmaq üçün müraciət edir, lakin onların alyansa daxil olma perspektivləri barədə açıqlama verməyib.
Qeyd edək ki, hazırda NATO-da 32 ölkə var. Alyansa son olaraq İsveç və Finlandiya qoşulub.

DİGƏR XƏBƏRLƏR

Top