“Kimsə fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyirmi?” – Ərdoğan


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə millisinin üzvü Merih Demiralın cəzalandırılmasına münasibət bildirib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlama verib.
“Kimsə almanların formalarında qartal olmasını gündəmə gətirirmi? Kimsə durub deyirmi ki, fransızların formasında xoruz var, niyə xoruzlanırsan? Orada Merih bu görüntü ilə həyəcanını ifadə edib. Bundan sonra Xarici İşlər Nazirliyimiz bunların (almanlar nəzərdə tutulur) rəsmilərini çağırdı, lazımi addımlar atılır. İnşallah, bütün məqam şənbə günüdür, meydandan qələbə ilə ayrılaq və növbəti mərhələyə keçək. Qeyri-adi bir şey baş vermədiyi təqdirdə, matça getməyə qərar verdik”.
Xatırladaq ki, UEFA Türkiyə millisinin futbolçusu Merih Demirala Avropa çempionatında Avstriya yığmasına vurduğu qoldan sonra göstərdiyi “bozqurd” işarəsinə görə 2 oyunluq cəza verib.

DİGƏR XƏBƏRLƏR

Top