UEFA-nın Merih Demirala verdiyi cəza açıqlandı


Türkiyə millisinin futbolçusu Merih Demirala Avropa çempionatında Avstriya yığmasına vurduğu qoldan sonra göstərdiyi “bozqurd” işarəsi ilə bağlı cəza verilib.
Yeniavaz.com
“NTV Spor”a istinadla xəbər verir ki, UEFA milli futbolçunun AVRO-2024-dəki kritik Hollandiya oyunu öncəsi 2 oyunluq cəzalandırıb.
UEFA Apellyasiya Qurumunun qərarında göstərilir ki, Türkiyə millisinin üzvü Merih Dəmiralı ümumi davranış prinsiplərinə əməl etmədiyinə, əsas davranış qaydalarını pozduğuna, idman tədbirlərindən qeyri-idman xarakterli təzahürlər üçün istifadə etdiyinə, həmçinin futbol idman növünü nüfuzdan saldığına görə 2 oyunluq diskvalifikasiya edilib.
Türkiyə Futbol Federasiyasının məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top