Rişi Sunak istefa verdi


Böyük Britaniyanın Baş naziri və Mühafizəkarlar Partiyasının lideri Rişi Sunak parlament seçkilərinin nəticələrinə görə postundan istefa verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Times” qəzeti məlumat yayıb.
Məlumata görə, o, krallığın baş naziri olmağın onun üçün böyük şərəf olduğunu qeyd edib.
Digər tərəfdən, Sunak parlament seçkilərində uduzduqdan sonra Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verdiyini bildirib. O, mühafizəkarların parlament seçkilərində uduzmasından sonra Böyük Britaniya xalqından üzr istəyib. O, Britaniyada keçirilən parlament seçkilərində Mühafizəkarlar Partiyasının məğlubiyyətinin məsuliyyətini öz üzərinə götürdüyünü vurğulayıb.
Qeyd edək ki, Sunak 24 oktyabr 2022-ci ildən partiyanın lideridir.
Xatırladaq ki, iyulun 5-də Leyboristlər Partiyası Britaniya parlamentinin aşağı palatasına keçirilən seçkilərdə 650 yerdən 326-nı qazanaraq qalib gəlib. Beləliklə, 14 il hakimiyyətdə olan Sunakın Mühafizəkarlar Partiyası tarixinin ən böyük məğlubiyyətini alıb.
İndi Leyboristlər Partiyasının yeni hökumət quracağı, baş nazir postunda Rişi Sunakı Leyboristlər Partiyasının lideri Kir Starmerin əvəz edəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top