
Yaxın vaxtlarda Ermənistanın Rusiyada yeni səfiri olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan məlumat verib.
“Ümid edirəm ki, tezliklə bizim Rusiyada yeni səfirimiz olacaq. Namizədlik təqdim olunub və biz təyinatı gözləyirik” - deyə Simonyan jurnalistlərlə söhbətində bildirib.
Ermənistanın Rusiyadakı yeni səfiri vəzifəsinə hökumətyönlü “Mülki müqavilə” fraksiyasının deputatı Qurgen Arsenyanın təyin edilməsi gözlənilir.