Azərbaycan Türkmənistandan pomidor idxalını 5 dəfə artırıb


Bu ilin ilk 4 ayı ərzində Azərbaycan Türkmənistandan 548 ton pomidor idxal edib.
Yeniavaz.com
xəbər verir ki, Türkmənistandan gətirilən pomidorun 1 kiloqramının orta gömrük dəyəri 56 sent (95 qəpik) olub.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə Türkmənistandan idxal etdiyimiz pomidorun miqdarı 5 dəfə artıb. Belə ki, 2023-cü ilin ilk 4 ayı ərzində Türkmənistandan Azərbaycana 109,5 ton pomidor gətirilib. Ötən illə müqayisədə idxal olunan pomidorun qiymətində heç bir dəyişiklik olmayıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top