
Avropa İttifaqı (Aİ) onlayn məzmuna nəzarətlə bağlı Aİ-nin yeni qaydalarını pozduğuna görə ilin sonunadək İlon Maskın rəhbəri olduğu “X”i qlobal mənfəətinin 6%-i məbləğində cərimələmək niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Aİ-dəki mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, bu qərar Aİ Rəqəmsal Xidmətlər Aktının tələblərinə əməl edilməməsinə görə “X”ə qarşı davam edən istintaqın bir hissəsi kimi gözlənilir.
Digər tərəfdən, Aİ “X”ə qarşı digər ittihamlarla yanaşı, HƏMAS yaraqlılarının 2023-cü il oktyabrın 7-də İsrailə qarşı törətdiyi terror aktının görüntülərinin sosial şəbəkədə sərbəst şəkildə yayılması və sosial şəbəkənin real vaxt rejimində onları bloklamaması ilə bağlı ittiham da irəli sürüb.