Azərbaycan 4 ayda Yəmənə 231 ton vafli satıb


Bu ilin ilk 4 ayı ərzində Azərbaycan xarici ölkələrə 1 milyon 336 min dollar dəyərində 617,5 ton vafli və vafli həbləri satıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan vaflinin 1 kiloqramının orta gömrük dəyəri 2,2 dollar (3,7 manat) olub.
Qeyd edək ki, vafli ən çox Gürcüstana (287 ton), Yəmənə (230,6 ton) və İraqa (68 ton) satılıb.
Onu da bildirək ki, Yəmənə satılan vafli bu ölkə ilə olan ticarət dövriyyəmizin 87%-ni təşkil edib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top