Bayden bu dəfə özünü “qaradərili qadın” adlandırdı


ABŞ Prezidenti Co Bayden radioya müsahibə verərkən yenidən səhv edib və “qaradərili qadın” olmaqdan qürur duyduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “WURD” radiosu məlumat yayıb.
Radioya müsahibəsi zamanı Bayden siyasi karyerasının nisbətən yaxın dövrünü xatırladıb və Barak Obamanın dövründə ABŞ-nin vitse-prezidenti vəzifəsini daşıdığını bildirib.
“Dediyim kimi, birinci vitse-prezident, ilk qaradərili qadın olmaqdan... və qaradərili prezidentlə bərabər xidmət etməkdən qürur duyuram”, - deyə Bayden “WURD” radiosuna müsahibəsində deyib.
Eyni zamanda o, növbəti prezident seçkilərində qələbə qazanacağına əminliyini ifadə edib.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Bayden də Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb. Onların namizədliyinin yayda keçiriləcək partiya qurultaylarında təsdiqlənəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top