İsrail ordusunun itkiləri artır


İsrail Müdafiə Qüvvələri (IDF) davam edən Fələstin-İsrail münaqişəsi zamanı daha iki hərbçisini itirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Qəzza zolağının şimalında Fələstinin HƏMAS hərəkatı ilə döyüşlər zamanı 20 yaşlı çavuş Eyal Mimran həlak olub.
Həmçinin bildirilir ki, 38 yaşlı mayor İtay Qalea Livandan İsrailin şimalına “Hizbullah” yaraqlılarının raket hücumları nəticəsində həlak olub.
Bu məlumatları nəzərə alsaq, Yaxın Şərqdə yeni qarşıdurma başlayandan bəri həlak olan İsrail hərbçilərinin sayı 679 nəfərə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top