Argentina yarımfinala çıxdı, Messi penaltini vura bilmədi – Video


Argentina millisi Amerika kubokunun 1/4 finalında Ekvadoru penaltilər seriyasında 4:2 hesabı ilə məğlub edib.
Yeniavaz.com
xəbər verir ki, görüş Hyustonda (Texas, ABŞ) baş tutub.
Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. 35-ci dəqiqədə argentinalıların heyətində Lissandro Martines fərqlənib. Ekvador millisinin heyətində isə Kevin Rodriges ikinci hissəyə əlavə olunan 1-ci dəqiqədə fərqlənib.
Penaltilər seriyasında Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi ona verilən şansdan yararlana bilməyib. Lakin buna baxmayaraq onlar rəqibi 4:2 hesabı ilə üstələyib və yarımfinala vəsiqə qazanıblar. Argentinalılar yarımfinalda Venesuela və Kanada milli komandaları arasında keçirilən oyunun qalibi ilə oynayacaqla.
Qeyd edək ki, ABŞ-də keçirilən “Copa America” 15-də başa çatacaq. Turnirin sonuncu qalibi Argentina millisidir.

DİGƏR XƏBƏRLƏR

Top