“Qəzza sakinlərinin 90%-i evlərini tərk edib” – BMT


“İsrail və HƏMAS hərəkatı arasında münaqişə Qəzza zolağının əhalisinin 90%-nin evlərini tərk etmək məcburiyyətində qalmasına və bütün bölgədə didərgin düşməsinə səbəb olub”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BMT-nin Fələstin Ərazilərində Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin rəhbəri Andrea De Domeniko bildirib.
“Təəssüf ki, oktyabr ayından (İsrail və HƏMAS arasında münaqişənin başlaması – red.) Qəzza zolağında hər 10 nəfərdən 9-nun ən azı bir dəfə, hətta on dəfəyə qədər evindən didərgin düşdüyünü təxmin edirik”, - İdarə rəhbəri deyib.
De Domeniko əlavə edib ki, bu günə qədər məcburi köçkünlərin sayı təxminən 1,9 milyon nəfərdir. İdarənin hesablamalarına görə, Qəzza zolağının şimal hissəsində hələ də anklavın cənub hissəsinə köçə bilməyən 350 minə qədər insan var.

DİGƏR XƏBƏRLƏR

Top