TFF: UEFA Demiralla bağlı yekun qərarı sabah verəcək – Yenilənib

uefa merih demiralı “bozqurd” işarəsinə görə cəzalandıra bilər
“Bild”in iddiasından sonra Türkiyə Futbol Federasiyası Merih Demiral üçün müdafiə müddətinin sabah bitəcəyini və UEFA-dan hələlik yekun qərarın olmadığını bildirib.
Yeniavaz.com
"Sözcü"yə istinadən xəbər verir ki, araşdırmanın nəticələri ən geci sabah axşam, şənbə günü oynanılacaq Niderland matçından əvvəl verəcəyi gözlənilir..


***22:57
Türkiyə millisinin futbolçusu Merih Demirala Avropa çempionatında Avstriya yığmasına vurduğu qoldan sonra göstərdiyi “bozqurd” işarəsi ilə bağlı cəza verilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Milli futbolçunun qola sevinərkən əlləri ilə “bozqurd” işarəsi göstərməsi UEFA tərəfindən siyas kimi qəbul edilib və Merih Demirala qarşı istintaq başladılıb.
Araşdırmadan sonra UEFA milli futbolçunun AVRO-2024-dəki kritik Hollandiya oyunu öncəsi 2 oyunluq cəzalandırıb.

DİGƏR XƏBƏRLƏR

Top