Türkiyədə hansı peşə sahibi nə qədər maaş alır? – Siyahı


Türkiyədə bütün dövlət qulluqçularının və təqaüddə olan dövlət qulluqçularının maaşı artırılıb.
Yeniavaz.com
xəbər verir ki, yeni maaşlar 1 iyun tarixindən 31 dekabr tarixinə kimi qüvvədə olacaq.
Qeyd olunur ki, bu ilin ilk 6 ayında ölkədə inflyasiya 24,73% təşkil edib. Bu inflyasiya səbəbindən dövlət qulluqçuları və təqaüdçü dövlət qulluqçularının maaş və maaşlarına əlavələr orta hesabla 19,31% artırılıb.
Bildirilir ki, 1 iyul tarixindən etibarən ailəyə dəstək müavinəti də daxil olmaqla ən aşağı məmur maaşı  32 min 861 lirədən (1 720 manat) 39 min 177 lirəyə (2 050 manat), ən aşağı məmur pensiyası isə 14 min 741 lirədən (771 manat) 17 min 587 lirəyə (920 manat) yüksəlib.
Açıqlanan məlumata görə, ayın 1-dən etibarən bəzi peşə sahiblərinin aylıq maaşı aşağıdakı kimi olacaq:
Müəllim – 47 433 lirə (2 481 manat);
Polis – 52 816 lirə (2 763 manat);
Həkim (uzman) – 97 836 lirə (5 117 manat);
Tibb bacısı – 47 909 lirə (2 506 manat);
Professor – 86 378 lirə (4 518 manat);
Din xadimləri (vaizlər) – 49 582 lirə (2 593 manat);
Vəkil – 57 028 lirə (2 983 manat).

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top