ABŞ-nin böyük şəhərləri batmaq təhlükəsi ilə üz-üzədir – Tədqiqat


Qlobal istiləşmənin təsiri nəticəsində Filadelfiya, Boston və Nyu-York su altında qala bilər.
Yeniavaz.com
phys.org-a istinadən xəbər verir ki, Drexel Universitetinin mütəxəssisləri bir sıra obyektiv təbii və hava faktorlarını tədqiq edərək belə bir nəticəyə gəliblər.
Bildirilir ki, daşqınların özü ABŞ meqapolislərini gözləyən problemlərin ən pisi belə deyil. ABŞ-nin köhnə sahil şəhərləri təmizlənməmiş kanalizasiya sularından ciddi şəkildə təsirlənə bilər. Çünki daşqınlar zamanı bu aqlomerasiyaların qarışıq layihəli kanalizasiya sistemi zədələnəcək.
Bu o deməkdir ki, yağış və çirkab suları eyni borularla axır. Və ciddi daşqın zamanı onlara yük çox artacaq, bu da çoxsaylı qəzalara və infeksiyanın aktiv yayılmasına səbəb ola bilər. Tədqiqatçılar vurğulayırlar ki, iqlim dəyişikliyi daha çox yağıntılara səbəb olur və çayların səviyyəsi yüksəlir. Bundan əlavə, buzlaqların aktiv əriməsi dəniz səviyyəsinin qalxmasına səbəb olur. Artıq bu gün peyk görüntüləri Amerikanın Atlantik okeanı sahillərində məskunlaşan ərazilərin sürətlə su altında batdığını göstərir.

DİGƏR XƏBƏRLƏR

Top