Azərbaycanın bu rayonlarında üç gün qaz olmayacaq


“Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax I xətt" yüksək təzyiqli magistral qaz kəmərinin yeni tikilmiş hissənin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı, 5 iyul 2024-cü il tarixində saat 09:00-dan etibarən 7 iyul 2024-cü il tarixində işlər başa çatanadək “Ağsu” və “Kürdəmir” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir işləri görülməsi planlaşdırılan 3 (üç) gün müddətində Ağsu rayonunun(Ağsu şəhəri daxil olmaqla, rayonunun 48 kəndi və 205 qeyri-yaşayış sahəsi) və Kürdəmir rayonunun (Kürdəmir şəhəri daxil olmaqla, rayonun 19 kənd,1 qəsəbə və 204 qeyri-yaşayış sahəsi) böyük hissəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top