
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü, iyulun 6-da, saat 23:00-da keçiriləcək Avro-2024 Türkiyə-Niderland 1/4 final oyununu tribunadan izləmək üçün Almaniyaya gedəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Mətbuat orqanı yazır ki, buna görə Ərdoğan həmin tarixdə Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında iştirakını ləğv edib.
Qeyd edək ki, görüş Almaniyanın Berlin şəhərində, Olympiya Stadionunda baş tutacaq.
Oyunu fransalı hakim Klement Turpin idarə edəcək. Bu oyunda onun köməkçiləri eyni ölkədən Nikolas Danos və Benjamin Peycs olacaq. Matçın dördüncü hakimi alman Feliks Zvayer olacaq. Fransa Futbol Federasiyasından Jerom Brizard matçda VAR funksiyasını yerinə yetirəcək.
Ərdoğan daha sonra 9-11 iyul tarixlərində Vaşinqtonda keçiriləcək NATO-nun 75-ci Yubiley Sammiti üçün ABŞ-a yola düşəcək.