“Naxçıvanbank”ın 94 milyon manatlıq səhmi dövriyyədən çıxarıldı


“Naxçıvanbank” ASC-nin yenidən təşkili yolu ilə “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrilməsi ilə əlaqədar olaraq 1 milyon (1 000 000) ədəd (ümumi dəyəri 94 milyon manat) səhm dövriyyədən çıxarılır. 
Yeniavaz.com
xəbər verir ki, “Naxçıvanbank” ASC-nin MMC-yə çevrilməsindən sonra Azərbaycanda fəaliyyət göstərən bankların sayı 22-yə düşüb.
Məlumat üçün bildirək ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb.
Daha əvvəl “Naxçıvanbank” səhmlərinin 63,66%-i Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Rza Talıbova, 20,48%-i Talıbovun digər oğlu Seymur Talıbova, 9,82%-i qızı Baharxanım Talıbovaya, 6,04%-i isə həyat yoldaşı Sevil Sultanovaya məxsus oldub. Vasif Talıbov Ali Məclisin sədri vəzifəsindən istefa verdikdən sonra “Naxçıvanbank”ın səhmdarları dəyişib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top