ŞƏT-ə sədrlik Çinə keçir


Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrlik Qazaxıstandan Çinə keçir.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, Qazaxıstanın paytaxtında imzalanmış ŞƏT Dövlət Başçıları Şurasının Astana Bəyannaməsinə əsasən növbəti il üçün sədrliyi Çin həyata keçirəcək.
Buna görə də, təşkilatın növbəti sammiti gələn il Çində baş tutacaq.
“Gələcək dövr üçün ŞƏT-ə sədrlik Çin Xalq Respublikasına keçir. ŞƏT-ə üzv dövlətlərin Dövlət Başçıları Şurasının növbəti iclası 2025-ci ildə Çin Xalq Respublikasında keçiriləcək”, - sənəddə bildirilib.
Bununla da, Qazaxıstan Astanada keçirilən sammitlə ŞƏT-də sədrliyinin bir ilini başa vurub. Bu müddət ərzində təşkilat çərçivəsində bütün əməkdaşlıq spektri üzrə 150-dən çox tədbir keçirilib.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci il iyunun 15-də təsis edilib. Təşkilat əvvəlcə altı ölkə - Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistandan ibarət olub. 2017-ci ildə onlara Hindistan və Pakistan, 2023-cü ildə isə İran qoşulub. Belarusun təşkilata qoşulması ilə təşkilata üzv ölkələrin sayı 10-a çatıb.
Xatırladaq ki, hazırda təşkilatın tərkibi 10 üzv, 2 müşahidəçi və 14 dialoq tərəfdaşı olmaqla 26 ölkədən ibarətdir.

DİGƏR XƏBƏRLƏR

Top