Xırdalanda su borusu partladı – Video


Xırdalanda 28-ci məhəllə adlanan ərazidə su borusu partlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Cavid İsmayıl məlumat və kadrlar yayıb.
“Xırdalanda binamızın qarşısında su borusu partlayıb. Su borusu partlayan ərazi “Azərpoçt”un yerli şöbəsinə yaxındır. Poçt şöbəsinin və yaşayış binasının qarşısında çoxsaylı zibil qablarının olması diqqəti dərhal cəlb edir. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29-a ev sahibliyi edəcək ölkədə belə bir mənzərəyə səbəb olanların isə dünya vecinə deyil”, - jurnalist yazıb.

Dövlət Su Ehtiyatları Agentliyindən APA-ya bildirilib ki, Xırdalan şəhərində su xəttində qəza baş verən əraziyə dərhal qəza briqadası göndərilib:
“Xəttə suyun verilməsi davam etdirilib. Artıq orada təmir aparılır. Təqribən 1 saata təmir işləri yekunlaşacaq”.

DİGƏR XƏBƏRLƏR

Top