Türkiyədə qadın onu dağıntılar altından çıxaran xilasedici ilə evləndi – Foto


Türkiyədə Sinem Kaynak adlı 24 yaşlı qadın onu keçən il fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlər zamanı dağıntılar altından xilas edən xilasedici Cebrail Sarsılmazla ailə həyatı qurub.
Yeniavaz.com
NTV-yə istinadla xəbər verir ki, Sinem Kaynak və Cebrail Sarsılmazın toyu Ankara şəhərində baş tutub.
“Fərqli və izahı mümkün olmayan bir hissdir. Faciəvi bir hadisədən sonra belə xoşbəxt bir sonluq yaşadıq”, - deyə Cebrail Sarsılmaz bildirib.
“Həyat bizi birləşdirdi. Həm öz itkilərimizə, həm də başqa itkilərə görə təəssüflənirik, ancaq həyat davam edir və xoşbəxtik”, - deyə Sinem Kaynak əlavə edib.
Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mansur Yavaş da cütlüyü təbrik edib.
Qeyd edək ki, Cebrail Sarsılmaz Sinem Kaynakla birlikdə onun qardaşını da dağıntılar altından xilas edib.
Xatırladaq ki, 2023-cü il fevralın 6-da baş verən 7,7 və 7,6 ballıq güclü zəlzələlər nəticəsində Türkiyədə 53 mindən çox insan həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top