“Siyasi motivli reaksiyaları pisləyirik” – Türkiyə XİN


Almaniyanın daxili işlər naziri Nensi Fazer türkiyəli futbolçu Merih Dəmiralın qələbə sevincinə görə UEFA-ya şikayət edib.
Yeniavaz.com
“TRT Haber”ə istinadən xəbər verir ki, bunun üzərinə Almaniyanın Ankaradakı səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
“Merih Dəmiralın qələbə sevincini hədəf alan Alman səlahiyyətlilərinin reaksiyaları “ksenofobiya” olaraq qiymətləndirilib”, - məlumatda deyilir.
Türkiyənin Xarici İşlər Nazirliyi UEFA-nın başlatdığı intizam istintaqı ilə bağlı yazılı açıqlama verib. Açıqlamada deyilir:
“Dünən (2 iyul) 2024-cü il futbol üzrə Avropa çempionatı çərçivəsində Milli Futbol Komandamızla Avstriya Milli Futbol Komandası arasında keçirilən futbol matçından sonra UEFA-nın milli futbolçumuz Merih Dəmirala qarşı intizam araşdırması açması qəbuledilməzdir.
Digər tərəfdən, Almaniya Federal Konstitusiyanı Mühafizə Təşkilatının 2023-cü ilin sentyabrında dərc etdiyi hesabatda “bozqurd” işarəsini edən hər kəsin ifrat sağçı ekstremist kimi təsvir edilə bilməyəcəyi vurğulanarkən, “bozqurd” işarəsi Almaniyada qadağan edilmiş bir simvol deyil. Alman səlahiyyətliləri tərəfindən Hörmətli Demirala göstərilən reaksiyaların özünün də xarici düşmanlığı olduğu düşünülür.
İdman tədbirində sevinc şənliyi zamanı tarixi və mədəni simvoldan heç kimi hədəf almayan şəkildə istifadə edilməsinə siyasi motivli reaksiyaları pisləyirik”.
Xatırladaq ki, UEFA Türkiyə millisinin futbolçusu Merih Demiralla bağlı “qeyri-adekvat davranış”a görə araşdırma başladıb. Buna səbəb ötən gecə keçirilən Türkiyə-Avstriya matçında futbolçu Merih Demiralın qol sevincini “bozqurd” işarəsi ilə nümayiş etdirməsi olub.

DİGƏR XƏBƏRLƏR

Top