Rusiya ATƏT PA-da fəaliyyətini dayandırdı


Rusiya Federasiya Şurası Rusiya Federal Məclisinin Rusiya nümayəndə heyətinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında (ATƏT PA) iştirakının dayandırılması ilə bağlı bəyanatını yekdilliklə qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“Etiraf etməliyik ki, indiki şəraitdə ATƏT PA-da konstruktiv dialoqun davam etdirilməsi imkanları tamamilə tükənib. Bununla əlaqədar, Rusiya senatorları və Dövlət Dumasının deputatları Rusiya Federal Məclisinin nümayəndə heyətinin ATƏT PA-da iştirakının dayandırılmasını əsaslı və məntiqli hesab edirlər”, - bəyanatda bildirilib.
Bəyanata görə, həmçinin, Rusiyanın ATƏT PA-nın büdcəsinə dövlət rüsumlarının ödənilməsinin dayandırılması da qərara alınıb.
Sənəd ATƏT PA-ya və BMT-yə göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top