
Ötən ay Türkiyədə istehlak məhsullarının qiyməti və xidmət tarifləri (inflyasiya) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 71,6% bahalanıb.
Yeniavaz.com Türkiyə Statistika İdarəsinə istinadən bildirir ki, bu son 27 ildə qeydə alınan ən yüksək göstəricidir. İnflyasiya səviyyəsi sonuncu dəfə 1997-ci ildə bundan yüksək (99,1%) olub.
Ən yüksək bahalanma təhsil xidmətlərində qeydə alınıb – 107,1%.
Bundan başqa daşınmaz əmlak 94,7%, restoran və otel xidmətləri 90,7%, səhiyyə xidmətləri 78,5%, qida və içkilər 68,1%, ev əşyaları 67,7% bahalanıb.
Ən az artım geyim və ayaqqabı qiymətlərində qeydə alınıb. Geyim və ayaqqabı qiyməti son bir ildə 47,8% artıb.
Onu da bildirək ki, hazırda Türkiyə dünyada inflyasiya səviyyəsinin ən yüksək olduğu ölkələrin ilk 4-lüyündə yer alır. Yalnız 3 ölkədə - Argentina (276,4%), Sudan (146,6%) və Suriyada (139,6%) inflyasiya Türkiyədən yüksəkdir.
Elnur Əli