
Bu ilin ilk rübünün yekununa olan məlumata görə Azərbaycanda 4 min 965 baş donuz mövcud olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə donuzların sayı 2,3% və ya 119 baş azalıb.
Açıqlanan məlumatlardan belə görünür ki, Azərbaycanda ancaq 17 şəhər və rayonda donuz mövcud olub. Donuzlar ən çox Bakı, Qax və Qəbələdə saxlanılır. Ən az donuz isə Şabranda qeydə alınıb.
Əvvəlki illə müqayisədə donuzların sayı ən kəskin şəkildə Culfa rayonunda azalıb. Ötən il Cufada 300 baş donuz qeydə alındığı halda, bu il Cufada donuz olmayıb.
Ən yüksək artım isə Biləsuvarda olub. Əvvəlki iki ildə Biləsuvarda donuz olmadığı halda, bu il onların sayı 270 başa çatıb.
Son 3 ildə Azərbaycanın şəhər və rayonlarında donuzların sayı belə olub:

Elnur Əli