
ABŞ Prezidenti Co Bayden iyulun sonunda Vaşinqtonda İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi Ağ Ev nümayəndəsinə istinadla məlumat yayıb.
Məlumata görə, iki ölkə liderləri arasında görüş Netanyahunun iyulun 24-də ABŞ Konqresində çıxış etmək üçün Vaşinqtona səfəri zamanı baş tutacaq.
Qeyd edək ki, Netanyahu bundan əvvəl 1996, 2011 və 2015-ci illərdə ABŞ qanunvericiləri qarşısında çıxış edib.
Tətbiqimizi yükləyə bilərsiniz