
Ermənistan İstintaq Komitəsi dövlətə xəyanətlə bağlı iş açıb.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin müqaviləli əsgəri (kiçik çavuş) 43 yaşlı İrəvan sakini Ok.ru sosial şəbəkəsi vasitəsilə Azərbaycan xüsusi xidmət orqanlarının nümayəndəsi tərəfindən əməkdaşlığa cəlb edilib.
Bildirilir ki, o, 2023-cü ilin yanvar ayından həmin sosial şəbəkədə saxta hesabla fəaliyyət göstərən Azərbaycan xüsusi xidmət orqanlarının nümayəndəsi ilə əlaqə saxlayıb, həmçinin ona rəsmi və dövlət sirlərini ehtiva edən bir sıra məlumatlar ötürüb.
Hərbçi Ermənistan Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsi ilə (418-ci maddəsinin 1-ci bəndi) ittiham olunaraq həbs edilib.
Qeyd olunub ki, ibtidai istintaq davam edir.