
Almaniyada keçirilən futbol üzrə Avro-2024-ün 1/4 final mərhələsinin bütün cütləri məlum olub.
Yeniavaz.com xəbər verir ki, 1/8 final mərhələsinin son iki oyunundan sonra 1/4 finalda üz-üzə gələcək komandalar müəyyənləşib.
Cədvələ görə, iyulun 5-də İspaniya-Almaniya və Portuqaliya-Fransa qarşılaşmaları baş tutacaq. İyulun 6-da isə İngiltərə-İsveçrə və Hollandiya-Türkiyə oyunları olacaq.
Cədvəli təqdim edirik:
5 iyul:
İspaniya - Almaniya: 20:00
Portuqaliya - Fransa: 23:00
6 iyul:
İngiltərə - İsveçrə: 20:00
Hollandiya - Türkiyə: 23:00
Qeyd edək ki, Avro-2024 iyulun 14-də başa çatacaq.
Tətbiqimizi yükləyə bilərsiniz