
“Kayseridə son dərəcə iyrənc, biabırçı bir təcavüz hadisəsi üzərində xaos quruldu”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz çox yaxşı bilirik ki, bunlara kim başçılıq edir. Biz bu məkrli tələyə düşməyəcəyik. Biz nifrət nitqinə, faşizmə və vandalizmə boyun əyməyəcəyik”, - Ərdoğan bildirib.
Xatırladaq ki, Türkiyənin Kayseri vilayətində suriyalı şəxs tərəfindən təcavuz hadisəsi baş verib. Hadisədən sonra ölkənin bəzi şəhərlərində suriyalılara qarşı aksiyalar təşkil olunub. Aksiyalarda 474 nəfər saxlanılıb.