
“ABŞ Prezidenti Co Baydenin iyunun 27-də Respublikaçı Donald Trampa qarşı debatda çıxışı Ağ Evdə fikir ayrılığı yaradıb, administrasiyada bir çoxları prezidentin uğursuzluğundan narazı qalıb”.
Yeniavaz.com xəbər verir kiI, bunu Amerikanın “Axios” portalının müxbiri Aleks Tompson deyib.
Onun sözlərinə görə, Ağ Evin bir sıra əməkdaşları çaxnaşma içindədir, onlar ruhdan düşüb və artıq necə davranacaqlarını düşünürlər. Eyni zamanda, bəzi məmurlar Baydenin uğursuzluğuna əhəmiyyət vermirlər.
Tomson qeyd edir ki, Amerika liderinin ətrafında digər administrasiya işçilərinin prezidentə yaxınlaşmasına imkan verməyən dar bir dairə formalaşıb:
“Əslində, o, müntəzəm olaraq yalnız 10-20 nəfərlə görüşür. Amma hətta bu dairədə altı nəfərdən ibarət daha kiçik bir daxili dairə var”.
Tətbiqimizi yükləyə bilərsiniz