
Hindistanın mərkəzi Uttar Pradeş əyalətinin Hathras şəhərində dini tədbirdə izdiham 60 nəfərin həyatına son qoyub.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalistlərə yerli polisin sözçüsü Maniş Çikara məlumat verib.
“Qurbanların sayı 60 nəfərdir. Bu rəqəmin arta biləcəyi ehtimalı var”, - Çikara bildirib.
Qeyd olunub ki, hazırda fövqəladə hadisə yerində həkimlər və polis əməkdaşları işləyir. Uttar Pradeş ştatının baş naziri Yoqi Adityanath faciə ilə bağlı araşdırma aparılmasına göstəriş verib.