Qəzzada ölənlərin sayı 38 minə çatır


İsrail hərbçilərinin 2023-cü ilin oktyabrında anklavda hərbi əməliyyatlara başlamasından bu yana Qəzza zolağında həyata keçirilən əməliyyatlar nəticəsində 38 minə yaxın fələstinli həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“İsrailin Qəzzaya təcavüzü nəticəsində ölənlərin sayı artaraq, 37 min 925 nəfərə çatıb, yaralananların sayı isə 87 min 141 nəfər olub”, - deyə nazirlik məlumat verib.
Səhiyyə Nazirliyi həmçinin son 24 saat ərzində İsrail qüvvələrinin Qəzzanın müxtəlif bölgələrini atəşə tutması nəticəsində 25 fələstinlinin həlak olduğunu, 81 fələstinlinin isə yaralandığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top