Mayk Taysondan Türkiyə millisinə imzalı əlcək


Ağır çəkili boks üzrə keçmiş dünya çempionu, ABŞ-li Mayk Tayson Türkiyə Milli Futbol Komandasına xüsusi hazırlanmış “ay-ulduzlu” boks əlcəyi hədiyyə edib.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, Taysonla müxtəlif layihələrdə fəaliyyət göstərən iş adamı Vahap Oğuz Arslan Avstriya matçında “ay-ulduzlular”a azarkeşlik edəcək Taysonun imzalı əlcəklərini kapitan Hakan Çalhanoğluna təqdim edib.
Hakan Çalhanoğlu ilə yanaşı, Arda Gülər, Kənan Yıldız və Uğurcan Çakır da Taysona təşəkkürlərini bildirərək, ona imzalı forma hədiyyə ediblər.

Milli komandanın kapitanı Hakan Çalhanoğlu amerikalı boksçuya göndərdiyi videomüraciətdə: “Salam Mayk, bizim də sənə hədiyyəmiz var. Hamımızın imzası olan bir forma göndəririk. İnanırıq ki, bu yarışda əzmlə mübarizə aparacağıq. Bu qələbəni ölkəmiz üçün qazanacağıq”, - deyib.
Qeyd edək ki, bu gün Avropa çempionatının 1/8 final mərhələsinin növbəti oyunları baş tutacaq. Avstriya-Türkiyə oyunu Bakı vaxtı ilə 23:00-da start götürəcək.

DİGƏR XƏBƏRLƏR

Top