Gürcüstanda Su-25 qəzaya uğradı – Yenilənib


Gürcüstan Müdafiə Qüvvələrinin Hava Komandanlığına məxsus Su-25 qəzaya uğrayıb.
Yeniavaz.com
“Civil Georgia”ya istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qəza Bolnisidəki hərbi hava limanı yaxınlığında baş verib.
“Pilot Kaxaber Zurabişvili ölüb”, - məlumatda deyilir.

***14:47
Gürcüstanın Kvemo Kartli bölgəsinin Bolnisi bələdiyyəsinə məxsus ərazidə hərbi helikopter qəzaya uğrayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Pirveli” telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, helikopter Disvəli kəndi yaxınlığında qəzaya uğrayıb.
“İnfo Rustavi” xəbər portalının məlumatına görə, hadisə nəticəsində pilot ölüb. Bu barədə məlumatı Disvəli kəndi meriyasının nümayəndəsi Zurab Şainidze də təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

Top