“Samsung” ağıllı üzük təqdim edəcək


İyulun 10-da keçiriləcək “Galaxy Unpacked” tədbirində “Samsung” şirkəti yeni smartfonlar və ağıllı saatlarla yanaşı “Galaxy Ring” ağıllı üzüyünü də təqdim edəcək.
Yeniavaz.com
xəbər verir ki, istehsalçı artıq “MWC 2024” sərgisində bu cihazın necə göründüyünü göstərib, lakin hələ ki, funksiyalarını açıqlamayıb.
“Android Authority” saytı “Galaxy Ring”dən hansı funksiyaların gözlənilə biləcəyini öyrənə bilib. Mənbənin sözlərinə görə, “Galaxy Ring” ürək döyüntüsünü və stress səviyyələrini ölçmək üçün istifadə edilə bilər. Qeyd olunub ki, “Galaxy Ring” həmçinin bədən temperaturunu  ölçmək və menstruasiya dövrünü proqnozlaşdırmaq üçün də istifadə edilə bilər. Bundan əlavə, cihaz sahibinin yuxusunu izləyə və xoruldamasına nəzarət edə biləcək.
Bununla belə, “Galaxy Watch”da olduğu kimi, bunun üçün də əlaqələndirici kimi smartfondan istifadə tələb olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top