Baydeni əvəz etmək üçün ən real namizəd Harrisdir – WSJ


ABŞ-nin vitse-prezidenti Kamala Harris, siyasi zəifliyinə baxmayaraq, hazırkı dövlət başçısı Co Bayden seçki yarışından geri çəkiləcəyi təqdirdə onu əvəz edəcək ən real namizəd hesab olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Harrisin reytinqləri hazırkı prezidentin reytinqi qədər aşağı olsa da, o, qaradərili seçicilər və qadınlar arasında populyar olaraq qalır.
Harrisin digər potensial Demokrat namizədlər üzərində də əhəmiyyətli üstünlüyü var.
Nəşrin məlumatına görə, Harris də son vaxtlar Bayden administrasiyasında, o cümlədən milli təhlükəsizlik məsələlərində öz mövqeyini gücləndirməyə başlayıb.
Beləliklə, o, Ağ Ev rəsmilərini Qəzza zolağının humanitar problemlərinə və anklavda münaqişədən sonrakı həll planının hazırlanmasına diqqət yetirməyə çağırıb.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Bayden də Demokrat Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top