Ukraynadakı müharibədə ölən uşaqların sayı açıqlandı


2024-cü il iyulun 1-inə olan məlumata görə, Ukraynada Rusiya ilə müharibə başlayandan sonra 555 uşaq həlak olub, 1420-dən çox uşaq isə yaralanıb.
Yeniavaz.com
UNN agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, Rusiyanın genişmiqyaslı silahlı hücumu nəticəsində ümumilikdə Ukraynada 1975-dən çox uşaq həlak olub və yaralanıb.
Zərərçəkən uşaqlar ən çox Donetskdə (550), Xarkovda (400), Xersonda (154), Dnepropetrovskda (152), Kiyevdə (130), Zaporojyedə (120) qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top