
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Murat Kurumu ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri təyin edib.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, o, bu vəzifədə Mehmet Özhasekini əvəzləyib.
Özhasekinin şəxsi təşəbbüsü ilə səlahiyyətinə son verildiyi bildirilir.
Xatırladaq ki, M. Kurum bu il martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkilərində Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğluna uduzmuşdu.
Qeyd edək ki, Ərdoğan səhiyyə naziri Fahrettin Kocanın da işinə son verib. Onu bu vəzifədə Kamal Memişoğlu əvəzləyib.
Tətbiqimizi yükləyə bilərsiniz