Ronaldo penaltini vura bilmədi, ağladı – Oyunun icmalı


Frankfurtda keçirilən Avro-2024-ün 1/8 final mərhələsində Portuqaliya millisi Sloveniya millisini turnirdən kənarlaşdırıb.
Yeniavaz.com
xəbər verir ki, əsas vaxt heç-heçə başa çatıb və əlavə vaxt təyin olunub.
105-ci dəqiqədə Sloveniya millisinin qapısına penalti təyin edilib. Lakin Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun 39 yaşlı hücumçusu Kriştianu Ronaldo penaltidən yararlana bilməyib. “Atletiko Madrid”in qapıçısı Yan Oblak zərbəni dəf edə bilib.
Bundan sonra Ronaldo göz yaşlarına hakim ola bilməyib.
Əlavə vaxtın qalan dəqiqələrində komandalar qol vura bilməyib və penaltilər seriyası təyin olunub.
Portuqaliyanın qapıçısı Dioqu Kosta üç seyv edib və bununla da komandasının ¼ finala vəsiqə qazanmasında böyük rol oynayıb.
Portuqaliyanın qollarını Ronaldo, Bruno Fernandeş və Bernardo Silva vurub.

DİGƏR XƏBƏRLƏR

Top