Anomal istidə necə yaxşı yuxu alaq?


“Yatmaq üçün optimal otaq temperaturu təxminən 21 dərəcədir”.
Yeniavaz.com
xəbər verir ki, bunu news.ru-ya müsahibəsində somnoloq Pavel Kudinov deyib.
Somnoloq bildirib ki, bundan əlavə, otaqda nəmli hava olmalıdır. O, istidə və kondisionersiz yatmazdan əvvəl soyuq su ilə yaxalamağı məsləhət gördü:
“Günortadan sonra pəncərələri pərdələrlə bağlaya bilərsiniz ki, otaq çox qızmasın, gün ərzində qalın pərdələrdən istifadə edib işıq axınını azaltmaq üçün qaranlığın analoqunu yarada bilərsiniz”.
Somnoloq aydınlaşdırıb ki, təmiz havada istənilən gəzinti və fiziki fəaliyyət yuxuya getmə prosesini asanlaşdıracaq:
“Gəzinti zamanı ağlına pis fikirlər daha az gəlir, fiziki fəaliyyət zamanı isə adrenalin yandırılır və insanın narahatlığı azalır”.

DİGƏR XƏBƏRLƏR

Top