
Rusiyalı mərhum müxalifət lideri Aleksey Navalnının yoldaşı Yuliya beynəlxalq hüquq müdafiə təşkilatı olan İnsan Haqları Fondunun (HRF) sədri seçilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilib.
Bildirilir ki, o, bu vəzifədə şahmat üzrə 13-cü dünya çempionu və müxalifətçi Qarri Kasparovu əvəz edəcək.
“HRF dünyada diktaturaya qarşı mübarizə aparanları birləşdirən bir təşkilatdır. Mənim üçün bu missiya çox yaxın və başa düşüləndir”, - Navalnaya sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Qarri Kasparov 2012-ci ildən HRF-nin sədridir. O bidirib ki, o, mübarizə apardığı diktatorlardan fərqli olaraq müddət məhdudiyyətlərinə inanır.