Son altı ayda Ukrayna büdcəsinə 14 milyard dollar yardım daxil olub


İlin birinci yarısında Ukrayna büdcəsinə xarici mənbələrdən demək olar ki, 14 milyard dollar daxil olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bu dövrdə Ukrayna iqtisadiyyatına ən böyük donorlar Avropa İttifaqı, Yaponiya, Kanada və BVF olub.
Maliyyə Nazirliyi qeyd edib ki, 2024-cü ilin birinci yarısında Ukraynanın dövlət büdcəsinin ümumi maliyyələşdirilməsi 20,2 milyard dollar təşkil edib.
İyunun 29-da Ukraynaya maliyyə yardımının 2022-ci ildən bəri ən aşağı həddə çatdığı bildirilib. Bu ilin birinci yarısında Ukrayna xəzinəsinə orta aylıq gəlirlər təxminən 1,9 milyard avro təşkil edib, may ayında son illərdə ilk dəfə olaraq xarici tərəfdaşlardan ümumiyyətlə vəsait daxil olmayıb. İyun ayında Avropa İttifaqı Ukraynaya 1,5 milyard avro köçürüb.
İyulun 1-də məlum olub ki, Ukrayna büdcə planına Qərbdən gələn yardımı iki dəfə azaltmağı daxil edib. Xüsusilə, hakimiyyət 2025-ci ildə Qərb ölkələrindən 37,8 milyard dollar qrant və kredit almağı nəzərdə tutur, 2027-ci ildə isə Kiyevin gözlədiyi kimi, bu rəqəm 19,4 milyard dollara enəcək.

DİGƏR XƏBƏRLƏR

Top