
İyulun 2-də Ermənistan və Türkiyə nümayəndələrinin görüşü olacaq.
Yeniavaz.com “News.am”a istinadla xəbər verir ki, bu barədə diplomatik mənbə məlumat verib.
Görüş Ermənistan-Türkiyə sərhədində, ola bilsin ki, “Marqara” keçid məntəqəsi ərazisində baş tutacaq.
Planlaşdırılan görüşlə bağlı hələlik rəsmi məlumat yoxdur.