Qəzzada ölənlərin sayı 37,9 minə çatdı


2023-cü il oktyabrın 7-dən Qəzza zolağında ən azı 37 min 900 fələstinli ölüb, 87 min 60 fələstinli yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, təkcə son 24 saat ərzində hərbi əməliyyatlarda 23 nəfər ölüb, 91 nəfər yaralanıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, münaqişə qurbanlarının çoxunun cəsədləri hələ də dağılmış binaların dağıntıları altındadır və şəxsiyyətləri müəyyən edilməyib.

DİGƏR XƏBƏRLƏR

Top