Azərbaycanda xarici kaiptallı bank səhmlərinin dəyərini aşağı saldı


Azərbaycanda 100% xarici kaiptallı bank – “AccessBank” QSC adi səhmlərin nominal dəyərini dəyişdirir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə bankdan məlumat verilib.
Bildirilir ki, “AccessBank” hər bir adi səhminin nominal dəyərini 4,25 manatdan 2 manata endirir. Səhminin nominal dəyərinin aşağı salınması səbəbindən bankın nizamnamə kapitalı da azaldılır.
Bankdan onu da qeyd ediblər ki, adi səhmlərinin nominal dəyərinin  azaldılması başa çatdıqdan sonra səhmlərin sayı və səhmdarların strukturu dəyişməz qalacaq.
Məlumat üçün bildirək ki, “AccessBank”ın səhmdarları aşağıdakılardır:
Asiya İnkişaf Bankı – 20,33%
Avropa İnvestisiya Bankı – 17,76%
Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyasına – 15,86%
“responsAbility” investisiya şirkəti – 11,98%
FMO Niderlandın inkişaf bankı – 9,62%
Avstriya İnkişaf Bankı – 9,36%
İsveçrə İnvestisiya Fondu – 8,51%
Cənub-Şərqi Avropa ölkələri üzrə Avropa Fondu – 2,93%
Green for Growth Fund (GGF)  - 1,87%
Qara Dəniz Ticarət və İnkişaf Bankı  - 0,56%
LFS Advisory GmbH – 0.13%

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top