İspanlar Gürcüstanı belə məğlub etdilər – Video


İspaniya yığması Avro-2024-ün 1/8 finalında Gürcüstan yığmasına 4:1 hesabı ilə qalib gəlib.
Yeniavaz.com
xəbər verir ki, 18-ci dəqiqədə “Real Sosyedad”ın müdafiəçisi Robin Le Norman Xviça Kvaratsxeliyanın təzyiqi altında cərimə meydançasında səhvə yol verərək topu öz qapısına göndərib.
Bundan sonra İspaniyanın heyətində 39-cu dəqiqədə Rodri, 51-ci dəqiqədə Fabian Ruiz, 75-ci dəqiqədə Niko Uilyams, 83-cü dəqiqədə isə Dani Olmo fərqlənib.
Qeyd edək ki, İspaniya 1/4 finalda Danimarkanı 2:0 hesabı ilə məğlub edən Almaniya ilə mübarizə aparacaq.

DİGƏR XƏBƏRLƏR

Top