"Aİ 95" markalı benzinin qiymətində ucuzlaşma olacağı gözlənilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb.
Bildirilir ki, Aİ-95 markalı avtomobil benzininin 1 litrinin qiymətinin 15 iyul 2024-cü il tarixindən bazarın konyukturasına uyğun olaraq, 40 qəpik ucuzlaşaraq 1,60 manat olması nəzərdə tutulub.
Hazırda "Aİ 95" markalı benzinin bir litrinin qiyməti 2 manat təşkil edir.
Qeyd edək ki, "Aİ 95" markalı benzin xaricdən idxal olunur, qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir.
Azərbaycanda "Aİ 95" markalı benzinin qiyməti sonuncu dəfə 2022-ci il iyulun 13-də 1,6 manatdan 2 manata qalxıb.